İcra başçısı Heydər Əliyev Fondu adından pul yığır

Zerdab

Lütfəli Babayev Fondun Zərdabda uşaq bağçaları tikəcəyi bəhanəsi ilə 100 manatdan pul yığdırır

Məlum olduğu kimi, Heydər Əliyev Fondu əksər rayonlarda social yönümlü bir sıra layihələr həyata keçiri.

Xalq.az xəbər verir ki, bu sırada əsas yeri orta məktəb uşaq bağçalarının tikintisi tutur. İndiyə qədər bütün rayonlarda Fondun inşa etdirdiyi onlarla orta məktəbin fəaliyyət göstərdiyi də dəqiqdir.

Lakin bəzi rayonlarda icra başçıları heç nədən çəkinmədən hətta Heydər Əliyev Fondunun adından sui-istifadə etməyə də çəkinmir.

Belə bir olay bu yaxınlarda Zərdabda qeydə alınıb. Belə ki, bir müddət əvvəl Fondun sözügedən rayonda iki uşaq bağçası inşa etdirəcəyi barədə məlumat yayılmışdı. Artıq bununla bağlı hazırlıqlar da başlayıb. Lakin Zərdabın icra başçısı Lütfəli Babayev Heydər Əliyev Fondunun adından rayonda pul yığmağa başlayıb.

Məlumatlı mənbənin verdiyi məlumata görə, qeyd olunan uşaq bağçalarının inşası üçün Heydər Əliyev Fondu maliyyə vəsaiti ayrılıb. Amma L.Babayev rayondakı bütün idarə və müəssisə rəhbərlərindən bu məqsədlə pul toplatdırır. Adını da belə qoyub ki, guya, Fonda əziyyət vermək istəmir. Üstəlik, tələbini belə qoyub ki, büdcə təşkilatlarında çalışan hər bi şəxsin əmək haqqısından 100 manat məcburi qaydada tutulacaq.

Mənbə bildirir ki, Lütfəli Babayev in bu addımı heç də sözügedən Fonda canyandırması niyyətindən irəli gəlmir. Xalq.az xəbər verir ki, bu barədə Jam.az-a xəbər verən şəxs iddia edir ki, Zərdabın icra başçısı həmin pulları özü üçün toplatdırır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.