İcra başçısı istefa verdi

 

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Merab Topçişvili vəzifəsindən istefa verib.

XALQ.AZ APA-ya istinadən verdiyi məlumata əsasən, cari ilin oktyabrında keçiriləcək yerli idarəetmə orqanlarına seçkilərə qədər onun səlahiyyətlərini birinci müavini icra edəcək.

İcra başçısının istefasının seçkilərlə bağlı olduğu bildirilir.

M. Topçişvili Marneuli rayonunun icra başçısı vəzifəsinə 2014-cü ilin iyul ayında seçilib.

Scroll to top