İcra başçısını güllələyən şəxs

Ötən axşam Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnib.

XALQ.AZ  xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.

Sosial şəbəkələrdə Y. Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olur ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayırmış. Azərbaycana gəlişinin səbəbinin də icra başçısına qarşı həyata keçirmək istədiyi plan olub.