İcra hakimiyyətlərində araşdırma – Nöqsanlar aşkarlandı

Azərbaycanın Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.
XALQ.AZ  xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.
Ötən il aparılan yoxlamalar nəticəsində Mingəçevir şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Yoxlamalardan sonra görüləm tədbirlər nəticəsində vəsait bərpa olunub.
Lənkəran şəhər İcra Hakimiyyətində tikinti xərcləri üzrə 99366,2 manat maliyyə yayınması halı aşkarlanıb və yoxlamadan sonra vəsait dövlət büdcəsinə qaytarılıb.
İsmayıllı rayonunda isə tikinti xərcləri üzrə 39853 manat maliyyə yayınması aşkarlanıb və bu vəsait də bərpa olunub.
Orxan