İcra intizamı planı təsdiq edilib

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər tapşırıqları ilə İqtisadiyyat Nazirliyinə verilmiş bütün göstərişlərin tam, vaxtında, səmərəli və şərtsiz yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq zəruri hüquqi-metodiki işlər və inzibati-təşkilati tədbirlər həyata keçirilir, tapşırıqların qüsursuz və yüksək səviyyədə icra edilməsi daim nəzarətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olan və ölkə üçün mühüm əhəmiyyət kəsb edən prioritet məsələlərin, xüsusilə dövlət başçısının fərman və sərəncamları ilə nəzərdə tutulmuş tapşırıqların icrasına sistemli yanaşmanın tətbiqi üçün görüləcək işlərin mütəmadi planlaşdırılması və icrasının daha da sürətləndirilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmri ilə İqtisadiyyat Nazirliyinin 2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib.

Müvafiq əmrə əsasən, dövlət başçısının fərman və sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin, həmçinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində müəyyən olunmuş aidiyyəti tapşırıqlar Nazirliyin müvafiq strukturlarının bu ilin ikinci yarımilliyi üçün iş planlarında da öz əksini tapıb və tapşırıqların icrası online rejimində nəzarətdə saxlanılacaq.

Verilmiş tapşırıqların yerinə yetirilməsi və icrasına nəzarət istiqamətində müasir metod və üsulların tətbiqi işləri davam etdiriləcək.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir