İdman Dırmanması üzrə Açıq Respublika Çempionatı başa çatıb

Idman

İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb.

XALQ.AZ-ın Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Açıq Çempionat 20-21 sentyabr 2014-cü il tarixlərində “ClimBaku” İdman Dırmanması Mərkəzində keçirilib.

Çempionatən ilk günündə kişi və qadın atletlərin boulderinq üzrə təsnifat yarışları, 21 sentyabr 2014-сü il tarixində isə boulderinq üzrə final, sürət üzrə təsnifat, yarımfinal və final mərhələləri ilə davam edib.

140-a yaxın idmançının iştirak etdiyi Açıq Respublika Çempionatının final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə nail olmaq üçün qızğın mübarizə aparıb. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub.

I, II və III yerləri tutan qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən isə kubok, medal, təşəkkürnamə və qiymətli hədiyyələr təqdim olunub.

İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının nəticələri:

Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:
1. Babək İbadov (“Ekosport” İdman Klubu)
2.Möhsün Şirəliyev (“Dagçılıq” İdman Klubu)
3.Fərid Şahbazov (“Dagçılıq” İdman Klubu)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:
1.Aysel Sultanova (“Gömrükçü” İdman klubu)
2.Reyhan Məmmədova (“Ekosport” İdman Klubu)
3. Sima Səfərova (“Qərb Universteti” İdman klubu)

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1.Vahid Bayramlı (“Qərb Universteti” İdman Klubu)
2.Ramel Rəhimxanov (“Salavat” İdman Klubu)
3. Fərid Şahbazov (“Dagçılıq” İdman Klubu)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1. Könül Hüseynova (“Kyanit” İdman Klubu)
2. Sima Səfərova (“Qərb Universteti” İdman Klubu)
3. Yelena Safranova (“Dagçılıq” İdman Klubu)