İdmançı sevgililər ayrıldı

45

 

Mariya Şarapova və bolqar tennisçisi Qriqor Dimitrov artıq birlikdə deyillər.

İki idmançı sakitcə ayrılaraq bu barədə ictimaiyyətə məlumat veriblər.

Onlar sosial şəbəkədəki səhifələrində münasibətdə olmadıqlarını bildirən funksiyadan istifadə edərək insanları məsələdən agah ediblər.

Uzun müddətdir ki cütlük heç bir məclisdə və çıxış etdikləri ABŞ çempionatında belə bir yerdə görünməyiblər.

Şaiyələr yayılıb ki, hər iki idmançı karyeraya daha çox vaxt ayırmaq üçün bir-birindən uzaq durmağa qərar veriblər.