İdmançılar 10 qızıl medal qazandılar

 

68

Ölkəmizdə idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təbliği prioritet məsələlərdən biridir. Müxtəlif Dövlət Proqramları, sərəncamlar, fərmanlar və beynalxaq yarışlarda, turnirlərdə əldə etdiyimiz uğurlu nailiyyətlər bunu sübüt edir. Hazırda respublikamızın bütün guşələrində Olimpiya Mərkəzləri, stadionlar, idman arenaları inşa olunur. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Qeyd edək ki, bir çox yarışlarda fəal iştirak edən Pirallahı idmançıları qazanılan uğurlarda böyük pay sahibidirlər. Belə ki keçən il Pirallahı idmançıları beynəlxalq yarışlarda 5 qızıl və bir gümüş medal qazanıblar. Xatırladaq ki, bu il də idmançılarımız üçün uğurla başladı və növbəti gümüş medalı 05-11 aprel 2014-cü il tarixlərində Kişinyov şəhərində keçirilən karate üzrə Avrora çempionatında fəxri kürsünün ikinci pilləsinə ucalan Pirallahı sakini Mərdan Vəliyev qazandı.

Növbəti uğura Pirallahı idmançıları 27 aprel 2014-cü il tarixində “Azal” Milli Aviasiya Akademiyasında keçirilən karate üzrə Respublika birinciliyində imza atdılar. Yeniyetmə və gənclər arasında təşkil olumuş yarışlarda müxtəlif çəki və yaş qruplarında ökəmizin ayrı-ayrı bölgələrindən idmançılar təmsil olunurdu. Bu mötəbər turnirdə Pirallahı rayonunu təmsil edən idmançılar 16 medal qazandılar ki, bunlardan da 10-u qızıl, 3-ü gümüş və 3-ü bürüncdür. Qaliblərə Azərbaycan Karate Federasiya tərəfindən medal və mükafatlar təqdim olunubdur.