İdmançımız ermənini məğlub etdi

Yeniyetmələrdən ibarət karate üzrə seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günündə 2 qızıl medal qazanıb

XALQ.AZ Azvisioin.az-a istinadən bildirir ki, Tale Yaqubov (-63 kq) və Polina Hurenko (-47 kq) Avropa çempionu olub. Yeni ukraynalı legioner P.Hurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı 3 xal fərqli üstünlüklə, həmçinin cəmisi 2 xal buraxmaqla başa vurub.

Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.

Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.