III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

SONY DSC

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin noyabrın 5-6-na planlaşdırdığı “Teatr sənətinin multikulturalizm – universal dəyərlər sistemində yeri” mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, konfransda 70-dən artıq ölkədən 150 nəfər qonağın iştirakı gözlənilir.

Tədbir çərçivəsində ASSİTEJ və UMİNA təşkilatlarının Milli Mərkəz nümayəndələri ilə görüşləri, habelə, sənət ustaları üçün müxtəlif mövzularda treninqlər təşkil ediləcək.