İki güləşçimiz medal qazanıb

Azərbaycanın iki güləşçisi Hollandiyanın Utrext şəhərində uşaq və yeniyetmələr arasında təşkil edilən turnirdə medal qazanıb.

XALQ,AZ xəbər verir ki, yunan-Roma güləşi üzrə 35 kq çəki dərəcəsində mübarizə aparan Elxan Bayramov yalnız finalda məğlub olub və ikinci yeri tutub. Onun bacısı Mədinə Bayramova da (20 kq) gümüş medal qazanıb.

Qeyd edək ki, hər iki idmançı Almaniyanın Koblents şəhərində yaşayır. Onların atası Eldar Bayramov “ASV Karthause” güləş klubunda məşqçilik etməklə yanaşı, həm də yarışlarda hakim qismində fəaliyyət göstərir.

 

Elgün