İki müəllim imtahanda rekord qırdı

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

XALQ.AZ xəbər verir ki,  29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.

Diaqnostik qiymətləndirilmədə daha iki müəllim ən yüksək nəticə göstərib.

60 bal toplayanlardan biri Leyla Paşayevadır. Gənc müəllim təəssüratlarını  bölüşüb.

“İmtahan öncəsi çox həyəcanlı idim. Eyni zamanda, ən yüksək nəticə göstərməklə bağlı içimdə bir ümid də vardı. Qarşıma 60 bal toplamağı hədəf olaraq qoymuşdum. Müəllimlərin diaqnostik qiymətləndirməsi üzrə keçirilən imtahanlara ilk dəfə idi ki, qatılırdım. Əslində, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Hazırda Kəlbəcər rayonu 97 saylı məktəbdə ingilis dili müəllimi işləyirəm. Peşəmi və uşaqlarla işləməyi çox sevirəm. 60 bal topladığıma görə iş yerimi dəyişmək barədə düşünürəm. Güman ki, Bakı məktəblərinin birində işləmək üçün sənədlərimi verəcəm”.

Qəbələ rayonu Vəndam kəndindəki 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımova da yüksək nəticə göstərdiyinə görə çox sevinir:

“Ucqar kənddə çalışsam da, 60 bal toplaya bildim. Yaxşı çalışanda yüksək nəticə əldə etmək olur. Birinci dəfə idi ki, müəllimlərin imtahanına qatılırdım və istədiyim nəticəni əldə edə bildim. Orta məktəbdə uzun illərdir ki, müəllim işləyirəm. Güman ki, məktəbimi dəyişmək barədə düşünəcəm”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.