İki qəzetin çapı dayandı

Elcin

“Ayna” və “Zerkalo” qəzetləri bağlanır.

Bunu açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib. Onun sözlərinə görə, qəzetlər müvəqqəti bağlanır.

“Sabah qəzet satışda olacaq. Gələn həftədən fəaliyyətimizi müvəqqəti dayandırırıq. Səbəb maddi problemdir”.

Mətbuat Şurasının qəzetlərin problemi ilə maraqlandığını deyən Elçin Şıxlı hələ ki, ortada bir şey olmadığını əlavə etdi:

“Hələlik nəticəsini gözləyirik. Hazırda dəqiq bir şey deyə bilmərəm”.

Maddi problemlər səbəbindən 153 işçidən 30 nəfərədək ixtisar aparıldığını deyən baş redaktor daha ixtisar aparılmağa yer olmadığını qeyd etdi.

Elçin Şıxlı qəzetlərin elektron varianta keçməsi variantının mümkün olmadığını da sözlərinə əlavə etdi: “İnternet variantı çox bahalıdır. Üstəlik sayt variantı qəzetin gətirdiyi pulu gətirmir”.