İki xalq artisti barışdı

1

 

Uzun müddətdir ki, küsülü olan iki xalq artisti Nisə Qasımova və Faiq Ağayev yenidən bir araya gəlib.

Xalq.az Axşam.az-a istinadən  məlumatına görə, “Lider” telekanalında yayımlanan “Rəngarəng” verilişinə qonaq olan məşhurlar bir-birinin ünvanına təriflər yağdırıb.

N. Qasımova F. Ağayevin yüksək mədəniyyət sahibi olduğunu bildirib:

“Faiq elə bir mədəniyyət sahibdir ki, buraya mütləq gəlməliydi. Heç vaxt mənim dəvətimi geri çevirməzdi. İki əli qanda olsa belə, gələcəkdi. Aradan qara pişik də keçsə, mədəniyyət buna imkan vermir”.

Faiq Ağayev isə Nisə Qasımovanın sənətindən danışıb:

“Nisə xanım əsl sənətkar, sənət göstəricisi olub. Uşaq idim, onun konsertlərinə baxıb deyirdim, mən də belə çıxışlar edəcəm. O, insani xüsusiyyətləri aşılayır. Öz musiqiçiləri belə ona “Nisə mama” deyə müraciət edir. Bu dəvət onu yenidən görməyimə bir fürsət oldu”.