İkinci “Aprel doyüşləri” təkrarlana bilərmi?

“Bu il Ermənistanda prezdent seçkiləri keçiriləcək”.

Bunu XALQ.AZ -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib

Azər Badamov qeyd edib ki, oradakı vəziyyət heç də Sarkisyan üşün ürək açan mənzərə deyil:

“Ermənistandakı iqtisadi və siyasi böhran, səfalət insanları hiddətləndirib. Hər il Sarkisyan rejimindən və səfalətdən cana gəlmiş on minlərlə insan ölkəni tərk edir. Ölkə artıq müstəqilliyini itirib. Narazılıqların dalğası günü – gündən artmaqdadır və prezident seçkilərindən sonra Ermənistanın siyasi rəhbərliyi dəyişilə bilər. Əgər cinayətkar Sarkisyan rejimi hakimiyyətdən gedərsə ola bilsin ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliklər olsun. Çünki ermənilər anlamalıdırlar ki, onların normal yaşayışı ancaq Azərbaycanla dostluq münasibətindən keçir. Bunun üçün Azərbaycanın torpaqlarından öz terrorçularını qeyd-şərtsiz çıxarmalı, torpaqlarımızı işğaldan azad etməlidirlər. 2-ci aprel hadisələrin təkrar olunma ehtimalından danışanda qeyd etmək istəyirəm ki, bu hər an baş verə bilər. Amma yenidən baş versə bu dəfə erməninin daşı daş üstündə qalmayacaq və qısa bir zamanda bütün Qarabağ və ətraf rayonlar işğaldan azad olunacaqdır”.

İkinci "Aprel doyüşləri" təkrarlana bilərmi?