İlhamə Quliyevanın şərəfinə şərab hazırlandı – FOTO

Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə xüsusi sayda şərab hazırlanıb. 

XALQ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse- prezidenti Hacı Quliyev sosial şəbəkədə məlumat verib.

Bildirilir ki, həmin şərab Almaniyada məhdud sayda buraxılıb. Həmin şərab vaxtı ilə İ.Quliyevanın imzası ilə Bakının məşhur restoranlarından birinə hədiyyə olunub.