İlham Əliyev və Mattarella sərgidə

Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş “Ədəbiyyat xəzinəsi” adlı sərginin açılışı olub.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verib ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir.

Sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell’Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunun təşkil edir. Bu gün tamaşaçı bu möhtəşəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.

Sonra Heydər Əliyev Mərkəzindəki “Mini Azərbaycan” sərgisi ilə tanışlıq olub.

Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisi olub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.