İlham Əliyevə və xanımı sərgidə

15

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgiləri ilə tanış olublar.

Xalq.az-ın məlumatına görə, 13-cü Azərbaycan “Turizm və səyahət” sərgisi çərçivəsində Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin müavini Andrey Murqa prezident İlham Əliyevə “putyovka” hədiyyə edib.

Andrey Murqanin təqdim etdiyi “putyovka” Stavrapolun müasir kurortlarından biri üçün nəzərdə tutulub. O həmçinin bir gün əvvəl imzalanmış Yessentuki və Naftalan şəhərlərinin arasında imzalanan razılaşamanın önəmindən də bəhs edib. Murqa vurğulayıb ki, Yessentuki kurortlarında Azərbaycandan dincələnənlərin sayı çoxluq təşkil edir.

Andrey Murqa İlham Əliyevə bununla əlaqədar olaraq həmin şəhərdə istirahət mərkəzi tikməyi də təklif edib və şəhər hakimiyyəti tikinti üçün torpaq sahəsi ayırmağa hazır olduğunu vurğulayıb.

İlham Əliyev isə təklifi maraqla qarşılayıb. “Bütün bizim nəsilin əksəriyyətinin uşaqlıqlığı Qafqaz Mineral Sularından keçib”. Dövlət başçısı Koslovodskdakı uşaqlıq xatirələri ilə bölüşüb. O, kurortun simvollarından birinin narzan üçün üçün xüsusi fincan olduğunu deyib. Azərbaycan prezidentinə Stavropol stendində suviner qismində bu fincandan hədiyyə verilib.

Qeyd edək ki, sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi ilə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Rusiya, Tailand, Türkiyə, Fransa, Monteneqro və Çex Respublikasından 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgidə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiya Federasiyasının Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri də qatılıblar