İlham Əliyev İranda səfərdədir

77

 

İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gəlmişdir

Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın “Mehrabad” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.

 


 

İlham Əliyevin Tehranda Prezident sarayında rəsmi qarşılanma mərasimi olmuşdur

İran İslam Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olmuşdur.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.

Prezidentlər birgə foto çəkdirdilər.

 

 


 

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə və təkbətək görüşləri olmuşdur

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin geniş tərkibdə görüşü olmuşdur.

Sonra Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin təkbətək görüşü oldu.

Təkbətək görüşdən sonra Azərbaycan-İran sənədləri imzalandı.

İmzalanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış etdilər.