İlham Əliyev Serj Sarkisyanla Praqada görüşəcək

Ilham-Ermeni

Prezident İlham Əliyev Praqada sabah işinə başlayacaq Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitində iştirak edəcək.

Xalq.az-ın verdiyi məlumata görə, “Şərq Tərəfdaşlığı” proqramın 5-ci ildönümünə həsr edilən sammit çərçivəsində, ölkə başçısı İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanla görüşü gözlənilir.

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar Vaşinqtonun Azərbaycan və Ermənistan prezidentlərinin yaxınlarda görüşünün keçiriləcəyinə ümid etdiyini açıqlayıb.