İlham Əliyev və xanımı əlil uşaqların yanına gedib

44

 

Prezident İlham Əliyev Yeni Ramana qəsəbəsində inşa edilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışında iştirak edib.

Xalq.az  AzerTac-a istinadən xəbər verir ki, açılış mərasimində birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Prezident İlham Əliyev və xanımı ilk olaraq tibb məntəqələrinə baxış keçiriblər. Daha sonra məhdud əmək qabiliyyəti olan gənclər üçün mərkəzdə yaradılan şəraitlə, həmçinin idman zalı ilə tanış olublar,

Mərkəzlə tanış olduqdan sonra prezident və xanımı məhdud əmək qabiliyyəti olan gənclərlə görüşüblər.