İlham Əliyevin Georgi Marqvelaşvili görüşü

6

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olmuşdur Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi. Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

 


Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

  • Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlayıram. Xoş gəlmisiniz!

Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır.

Bu gün biz müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edirik. Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, biz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur.

Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaqdır.

Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik.

Siz dediniz ki, çoxdandır Azərbaycanda olmamısınız. Əminəm ki, bu səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin daha da inkişaf etməsinə yaxşı təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

X X X

Gürcüstan Prezidenti Georgi MARQVELAŞVİLİ görüşdə çıxış edərək dedi:

  • Çox sağ olun, cənab Prezident.

Bəli, bu səfər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür.

 


Azərbaycan və Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

  • Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlayıram. Xoş gəlmisiniz!

Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır.

Bu gün biz müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edirik. Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, biz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq. Gürcüstan bizim üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur.

Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaqdır.

Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik.

Siz dediniz ki, çoxdandır Azərbaycanda olmamısınız. Əminəm ki, bu səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin daha da inkişaf etməsinə yaxşı təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

X X X

Gürcüstan Prezidenti Georgi MARQVELAŞVİLİ görüşdə çıxış edərək dedi:

  • Çox sağ olun, cənab Prezident.

Bəli, bu səfər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür.

 


 

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin bəyanatı

  • Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz. Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik.

Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir.

Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər.

Daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir. Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik.

Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır.

X X X

Prezident Georgi Marqvelaşvilinin bəyanatı

  • Sağ olun, cənab Prezident.

Bakıya səfərimizin çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü və qəbulu bir daha qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq.

Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar. Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir.

Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.

Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.

Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.

Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk.

Bir daha sağ olun, cənab Prezident.

 


 

İlham Əliyevin adından Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir

Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

  • Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Biz bu gün səhərdən Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərdə fikirlərimiz üst-üstə düşür. Ən başlıcası odur ki, biz ikitərəfli əlaqələrimizi bütün istiqamətlərdə fəal inkişaf etdirmək niyyətindəyik. Bu gün biz bir növ görülən işləri təhlil etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını müəyyənləşdirdik. Birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək, mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına sadiqlik – bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və Azərbaycan bu məsələlərdə – onun əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara çıxan layihələrin reallaşdırılmasında bütün bunlar çox vacibdir.

Əminəm ki, energetika sahəsində, nəqliyyat, kommunikasiya infrastrukturlarında biz qarşıdakı illərdə daha böyük uğurlara nail olacağıq. Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək üçün də perspektivlər vardır.

Hesab edirəm ki, qarşıdakı illərdə biz daha böyük həcmdə investisiyalar yatıracağıq. Bununla da iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma, münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər mövcuddur. Əsas odur ki, Gürcüstan və Azərbaycan bu gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə mühüm rol oynayır. Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə daha da zənginləşdirəcəyik.

Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail olacaqdır.

Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost, qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir. Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər. Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına tərəqqi arzulayırıq.

X X X

Gürcüstan Prezidenti Georgi MARQVELAŞVİLİ çıxış edərək dedi:

  • Cənab Prezident, ilk növbədə istərdim ki, mənim və nümayəndə heyətimizin üzvlərinin Azərbaycanın paytaxtı Bakıda gördüklərimizə heyrətimizi bildirim.

Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə başladı. Biz görüşərək regionun və ölkələrimizin gələcəyi haqqında söhbət açdıq. Amma mən qeyd etmək istərdim ki, gələcək layihələr, problemlər və onların həlli yollarına baxışlarımız üst-üstə düşür. Düşünürəm ki, bu da regionun və bu layihələrin gələcək inkişafına müsbət təsir göstərəcəkdir. Təbii ki, Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir. Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki, bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini verir.

Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı əməkdaşlıq nəinki region, həm də bir çox xalqlar üçün nümunədir. Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər dövlətlərin inkişafına real təminat verir. İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi vardır.

Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.

Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.

Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir.

Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm.