İlham Əliyevin sənədləri MSK-ya təqdim edildi

ilham pr

Oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş hazırki dövlət başçısı İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçki sənədləri, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, avqust ayının 20-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Xalq.az YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, seçki sənədlərinə namizədin müdafiəsi üçün toplanmış 45 min seçici imzasından ibarət imza vərəqələri və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər daxildir.