İlham Əliyev Türkmənistana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.

XALQ.AZ-xəbər verirki bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.

Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub.

Rəsul