İlk görüşdə bunları yeməyin

Ilk gorush

İlk görüş. İnsan həyatının ən vacib məqamlarından biridir. Bu zaman bəlkə də ən sonuncu ağla gələn yeməkdir. Amma əbəs yerə. Xalq.az görüşdə yeyilməməli olan 7 qidanın adını açıqlayır.

1.Soğan və sarımsaq
Adıçəkilən məhsullar sağlamlıq üçün çox faydalı olsa da, kəskin qoxuları ilə seçilirlər. Bu məhsulları qəbul edəndən sonra yaranan kəskin və xoşagəlməz qoxu nəfəsdə 2-3 günə kimi qala bilər.

  1. Paxla və noxud
    Bu məhsullar bağırsaqlarda qaz yaratmaq iqtidarındadırlar. Xüsusilə adi vaxtlarda bu məhsullardan çox nadir hallarda istifadə edirsinizsə, həzm traktınız onlara öyrəncəli olmaya bilər.

3.Kartof püresi
Təccüblənməyin! Purenin tərkibindəki süd, kərə yağı qarında köpməyə səbəb ola bilər. Əgər həzm sistemində problem varsa, mədə də narahatlıq hissi yarana bilər.

  1. Makaron
    Onları yeməməyiniz üçün 3 səbəbiniz var. Birincisi üstünüzü ləkələmək şansınız böyükdür, İkinci bu çox ağır qidadır. Nəhayət üçüncüsü bədən formanız üçün o qədərdə məsləhətli deyil.

  2. Brınza və bəzi başqa pendir növləri
    Bəzi pendirlərin həzmi çətin olmaqla yanaşı, həm də kəskin dad və qoxu yarada bilərlər.

  3. Ekzotik qidalar
    İlk görüşdə heç vaxt dadına baxmadığınız məhsullardan qəbul etmək məsləhət deyil. Belə ki, həm onun necə qəbul edilmədiyini bilmədiyiniz üçün pis vəziyyətə düşə, həm də orqanizmdə problemlərə, o cümlədən allergik reaksiyalara səbəb ola bilər.

  4. Spirtli içki
    Az miqdarda içki, məsələn, bir bokal şərab görüşdə yolveriləndir. Amma həddini aşmaq həm başağrısı, həm də xoşagəlməz qoxuya yol aça bilər.