İlk tədbir- Beynəlxalq Qadınlar gününü şəhid ailələri ilə birlikdə keçirildi

Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB ilk tədbirini, Beynəlxalq Qadınlar gününü şəhid ailələri ilə birlikdə keçirdi və qadınlarımızla bağlı layihələrdə fəal çalışacaqlarını bildirdi.  

 

Arzu Bağırovanın rəhbərlik etdiyi “Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə özünün ilk təqdimat tədbrini şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilı birlikdə keçirib. Tədbirdə dövlət rəsmiləri, ombudsman, millət vəkilləri, ölkənin ictimai-siyasi xadimləri, ziyalıları, sənətçiləri iştirak edib. Təşkilatın sədri Arzu Bağırova bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övldları da bizim üçün çox qiymətlidir deyib. Arzu Bağırova ölkəmizdə qadınlara yaradılan şəraaitdən danışıb və bildirib ki bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması cənab Prezidentimizin yürütdüyü siyasət, 1-ci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır deyib. Ümummilli liderimiz Heydər Əliyevin qadınların cəmiyyətdə rolunun genişləndirilməsi ilə bağlı siyasətinin bu gün də ölkəmizdə yüksək səviyyədə davam etməsinin bütün qadınlarımızın yüksək qiymətləndirdiyini deyən Arzu Bağırova biz qadınlarda qarşıdan gələn seçkilərdə cənab Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin gələcəyi naminə daha böyük inamla çalışacağıq deyə bildirib. Ölkəmizin 1-ci Vitse-Prezidenti Mehriban Əliyeva özünün ölkəmiz və millətimizin üçün gördüyü böyük işlərlə bütün hamımıza, bütün qadınlarımıza ən gözəl örnəkdir deyən və rəhbərlik etdiyi təşkilatın məqsəd və məramı ilə də bağı geniş məlumat verən Arzu Bağırova biz hər zaman bizə ehtiyacı olan qadınlarımızın yanında olacağıq, bölgələrimizdə qadınlarımızın hüquqi və iqtisadi maarifləndirilməsində  dövlət qurumlarımız və ictimai təşkilatlarımızla birlikdə fəal şəkildə çalışacağıq deyib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1-ci müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istqamətində həyata keçirilən işlərdən danışıb və Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin hər zaman qadınlarımıza dəstəklə bağlı yaradılan qurumlara dəstək olduğunu bildirərək Arzu Bağırovanı yeni təşkilat münasibəti ilə təbrik edib və sizi bölgələrimizdə qadınlarımızla bağlı layihələrdə fəal görmək istəyirik deyib. Azərbaycan qadınlarının cənab Prezidentin qadınlarımızın dövlətin və cəmiyyətin həyatında daha fəal təmsil olunması istiqamətində yürütdüyü siyasətə xüsusi toxunan Sədaqət Qəhrəmanova Azərbaycan qadınlarının bunu çox yüksək qiymətləndirdiyini deyib. Ombudsman Elmira Süleymanova şəhid analarımız və xanımlarının tədbirdə iştirak etməsini xüsusi yüksək qiymətləndirib və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrin in qəhrəmanlığından xüsusi danışıb. Arzu Bağırovaya rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətində uğurlar diləyən Ombudsman qadınlarımızla bağlı məsələlərdə rəhbərlik etdiyi təşkilatın hər zaman ictimai təşkilatlarla fəal əməkdaşlıq etdiyini deyib və onlara uğurlar diləyib. Millət vəkilləri Q. Paşayeva, Elmira Axundova, Rəfael Hüseynov da çıxış edərək qadınlarımızın hüquqi və iqtisadi maarifləndirilməsinin daha da genişlənməsində ictimai təşkilatlar fəallığına böyük ehtiyac olduqlarını deyiblər və   Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB-nin bu istiqmətdə fəal olacağına inandıqlarını deyərək Arzu Bağırovanı təbrik edib, ona uğurlar diləyiblər.  Azərbaycanln 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət və cəmiyyətimiz üçün yüksək fəalllığının bütün qadınlara ən gözəl örnək olduğunun xüsusi vurğulandığı çıxışlarda qızlarımızın təhsilli və fəal olması üçün hamımız dövlətimizin siyasətinə daha çox dəstək verməliyik deyilib. Q.Paşayeva çıxışında bildirib ki, qadınlarımız Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil. İnşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib. Respublika Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova şəhid ailələri adından çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanın Əliyevanın şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıb və şəhid ailələrini hər zaman diqqətdə “Regional Hüquqi və İqtisadi Maariflədirmə ”İB kimi təşkilatlara uğurlar arzulyıb və Arzu Bağırovaya şəhid ailələri adından yeni başladığı önəmli işində xeyir-dua verib.  Tanınmış ziyalılarımız böyük şairimiz Nəriman Həsənzadə, professor İradə Hüseynova və Rəna Mirzəzadə də çıxış edərək təşkilata uğurlar diləyiblər. Tədbirdə tanınmış sənətkarlarımız Mənsum İbrahimov, Nisə Qasımova, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Novruz Novruzlu, Oya Ergün, Əkbər, Hüsniyyə Mürvətova  da öz ifaları ilə qonaqları təbrik ediblər. Tədbirin sonunda iştirakçılar birlikdə tort kəsiblər və Arzu Bağırova bir qadın olaraq cəmiyyətdə fəal ola bilməsi üçün hər zaman onun yanında olan həyat yoldaşına və bütün ailəsinə təşəkkürünü bildirib. Və cəmiyyətə çağırış edib. Bir qadının cəmiyyətdə daha fəal ola bilməsində ailəsinin onun yanında dəstək olmasının vacibliyini xüsusi vurğulayaraq ailələri bu məsələyə xüsusi diqqətə çağırıb və gələn 8 Mart Qadınlar bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir