İlqar Mikayıloğlu “ANS”dən getdi – AÇIQLAMA

Ilqar

Tanınmış tele-aparıcı İlqar Mikayıloğlu “ANS” telekanalı ilə yollarını ayırıb. Bu barədə Lent.az-a aparıcının özü məlumat verib. O, bildirib ki, yeni mövsümdə hansı telekanalla əməkdaşlığa başlayacağını hələ bilmir: “Artıq mənim “ANS” ilə müqavilə müddətim bitib. Yenidən həmin televiziyada işləyib, işləməyəcəyim barədə bir söz deyə bilmərəm. Durum deyim ki, “ay mənə bir neçə telekanaldan dəvətlər var”, bu yalan olar. Açığı indi heç iş barəsində düşünmürəm. Çünki səhhətimdə problem var. Qolum çıxıb. Ona görə də səhhətimlə məşğulam”.