İmişlidə təhsil bazarı

 

 

 

 

78

 

İmişli rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlar və korrupsiya ilə bağlı şok məlumatlar daxil olub.  Məlumatda bildirilir ki, İmişlidə Təhsil Şöbəsinin nəzdində olan orta məktəblər təhsil müəssisəsindən daha çox bazara oxşayır. Təhsil ocaqlarındakı bu vəziyyətin səbəbkarı isə təhsil şöbəsinin müdiri Ramiz Əmirovdur: “İmişli rayon Təhsil Şöbəsinin nəzdində 63 ümumtəhsil məktəbi və 3000-dən çox işçi var. Son bir neçə ildə rayon məktəblərinin bir çoxu təmir edilsə də, bu məktəblərdə dərs tədrisi sadəcə kağız üzərindədir. Rayonun Oruclu, Telisli, Qaravəlili, Bəcirvan, Qarallar, Cəfərli, Xoşçobanlı, Göbəktala, Ölcələr, Qaradonlu, Məzrəli və digər kəndlərdə fəaliyyət göstərən məktəblərdə sadəcə jurnallarda şagirdlərin adları var. Şagirdlərin çoxu dərsə gəlmir və dərs saatları ayda azı 28 gün boş keçir. İmişli şəhərində yaşayan imkanlı ailələrin uşaqları ali məktəbə hazırlamaq üçün Bakıya hazırlıq kurslarına gedirlər. Həmin şagirdlərin sadəcə adları məktəblərin jurnallarında gedir. Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov imkanlı şagirdlərin adlarını kənd məktəblərinə yazdıraraq valideyinlərdən illik hesab alır. Bir il ərzində dərsə gəlməyən şagirdin hesabı 600-800 manat arasıdır. İmişli rayonunda varlı məmurlar arasında Ramiz Əmirov ilk sıralarda yer tutut. Təhsil Şöbəsi müdirinin İmişlidə dəbdəbəli evi və Bakı şəhərində bir neçə mənzili var. R. Əmirov özünə böyük təsərrüfat yaradıb və orada yüzlərlə qoyun saxlatdırır”. Məlumatda qeyd olunur ki, R. Əmirovun rayon təhsilində həyata keçirdiyi maxinasiyalardan icra başçısı Vilyam Hacıyevin xəbəri var.

Xəbərdə Təhsil Şöbəsinin müdirinin icra başçısına hər ay 7 min manat hesab verdiyi qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.