İmtahan verənlərin nəzərinə!

Imtahan-1

Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 29 may tarixində başa çatıb.

XALQ.AZ-ın TQDK-a istinadla verdiyi məlumata görə, qeydiyyatdan keçən abituriyentlər üçün seçmə tur test imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyərsə, iyulun 2-dən 5-dək aparılacaq.

Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.

İlkin statistik məlumata əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq üçün qeydiyyatdan keçən 8318 abituriyent 2430 plan yerinin müsabiqəsində iştirak edəcək.

İstiqamətlər üzrə yüksək müsabiqə vəziyyəti Musiqi sənəti üzrə gözlənilir. Bu istiqamətənin müsabiqəsində iştirak etmək üçün 1223 plan yerinə qarşı 5818 abituriyent müraciət edib.

Bədən tərbiyəsi və idman və Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə müsabiqə vəziyyətinin aşağı olacağı gözlənilir.

Belə ki, Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisaslara 535 plan yerinə qarşı 952 abituriyent qeydiyyatdan keçib.

Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə isə 17 plan yerinə 15 abituriyent müraciət edib.

Təsviri sənət istiqaməti üzrə isə 655 plan yerinin müsabiqəsində 1533 abituriyentin iştirak edəcəyi gözlənilir.