İnəklərin mədələrinə “pəncərə” açdılar (VİDEO)

İsveçrədə bir araşdırma şirkəti inəklərin mədələrindəki qidaları necə və nə qədər vaxta həzm etdiklərini müşahidə etmək üçün inəklərin mədələrinə bellərindən bir növ “pəncərə” açdı.

Məlumata görə, Mərkəzi İsveçrədə olan Agroscope adlı araşdırma şirkəti , inəklərə verilən fərqli növlərdə yemləri heyvanlardakı həzm prosesini izləmək və beləcə məhsuldarlığı artırmaq üzrə inəklərin mədəsinə bir növ “pəncərə” açdı.

Tətbiq daxilində inəklərin yan tərəfinə və mədəsinə böyük bir dəlik açılaraq araya bir kanal yerləşdirildi.

İstifadə zamanlarda plastik qapaqla ağzı bağlanılan pəncərəni açan araşdırmaçı buradan birbaşa mədənin içini görür və istədiyi zaman mədəyə əlini soxub həzmdə olan qidadan nümunə ala bilir.

Tətbiqi 14 inekdə reallaşdıran şirkət heyvanların hər hansı bir zərər görmədiyini müdafiə edərkən , heyvan haqqları müdafiəçiləri tətbiqi sərt dillə tənqid etdi.