İnam Kərimov: “Əsas üç fəaliyyət prinsipimiz var”

“Kənd təsərrüfatı sahəsində göstəricilər yüksəlib”

XALQ.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, aqrar sektor son illər yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli göstəricilər əldə edilib. Dövlət dəstəyi tədbirləri hesabına aqrar sahədə fəaliyyət daha üst səviyyəyə keçib. Aparılan genişmiqyaslı aqrar siyasət baza yönümlülüyün yüksəlməsinə müsbət təsir göstərib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi 2018- ci ilin birinci rübündə 4,2 faiz artıb”.

Nazir, həmçinin əlavə edib ki, aqrar sahədə çalışanlarla səmərəli işi qurulub: “Ümid edirik ki, məhsullarımızın artırılmasını birgə təmin edəcəyik. Əsas üç fəaliyyət prinsipimiz var. Birincisi daimi fermer və kəndlilərə yaxın olmaqdır. Kənd Təsərrüfatı Nazirliyinin çoxsaylı şəbəkəsi var. Nazirliyin şöbələri prinsiplərini dəyişəcək, belə ki, artıq nazirliyin yerlərdəki strukturları kəndli və fermerlərə müraciət edəcək. İkinci prinsip şəffaflıq və sahibkarla sıx işləməkdir. Üçüncü prinsip isə innovativ texnologiyaların tətbiqidir”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir