İnam Kərimov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-də saat 11:00-da Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

XALQ.AZ xəbər verir ki, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir