İnam Kərimov: “Fermerlərin bizdən gözləntiləri var”

“Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə sosial iqtisadi göstəricilər yüksəlib”
XALQ.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov AMEA-nın ümimi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, kənd təsərrüfatı ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır.

“Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması qarşıda duran vəzifələrdəndir. Nazirliyin qarşısında 3 əsas prinsip qoyulub: kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək. Bu gün nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir. Aqrar Universitetin fəaliyyətin təkmilləşdirilməsi beynəlxalq təcrübənin öyrənilməsi də əsas istiqamətlərdəndir”.

İ.Kərimov qeyd edib ki, elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar: “Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var”.

Orxan