İngiltərənin Rusiyadakı konsulluğu bağlandı

“Skripal işi”nə görə Rusiya ilə İngiltərə arasında yaşanan diplomatik böhran daha da dərinləşib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə hökuməti martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripalın qızı Yuliya ilə birlikdə Salisburi şəhərində zəhərlənməsinin Rusiya kəşfiyyat orqanları tərəfindən həyata keçirildiyini bildirir.

Bu səbəblə Böyük Britaniya Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulluğunu bağlayıb.

Xatırladaq ki, zəhərlənmə hadisəsindən sonra 28 ölkə Rusiyadakı diplomatlarını geri çağırmışdı.