İnsan ürəyi qarnında-şok hadisə

orqanÜrəyi qarnında olan çinli təqribən 25 il yaşamışdır

Xalq.az AzərTac-a istinadən məlumat verir ki, Çin həkimləri təbiətin növbəti möcüzəsi ilə qarşılaşmışlar. 24 il bundan əvvəl Xenan əyalətində çox nadir anomaliya ilə bir oğlan dünyaya gəlmişdir: onun ürəyi qarnında idi.
Belə qüsura bir milyon uşaqdan 5-də rast gəlmək olar və onların əksəriyyəti əslində doğulan kimi ölür. Lakin Xuanq Ronqminq salamat qaldı. O, daim güclü təngnəfəslikdən əziyyət çəkir, ayağa duran kimi göyərirdi. Bundan başqa, qarnına dəyən ən yüngül zərbə belə onun üçün ölümcül ola bilərdi, buna görə də onu küçəyə, yaşıdları ilə ünsiyyətdə olmağa buraxmırdılar.
Oğlanın dərisinin altında ürəyini aydın görmək olurdu, qabarıq orqan qarının yuxarı hissəsində döyünürdü. Yalnız bu il oğlan həkimlərə müraciət etmişdir. Onun vəziyyəti pisləşməyə başladığından həkimlər ona təcili əməliyyat təyin etmişlər. Valideynləri lazımi məbləği toplaya bilməmişlər. Əməliyyatın qiyməti 33 min dollar idi. Lakin KİV-lərin iştirakı sayəsində pulu toplamaq mümkün olmuşdur, yerli sakinlər kömək etmişlər. Ürəyin öz yerinə otuzdurulması əməliyyatı 10 saatdan çox davam etmişdir. İndi Xuanq Ronqminq hər bir sağlam insan kimi normal yaşaya bilər.