“İnstagram”da yenilik

“İnstagram” istifadəçilərinə şirkət tərəfindən çoxdan gözlənilən yenilik xəbəri gəlib.

XALQ.AZ  xəbər verir ki, istifadəçilər artıq bir saata qədər videolar yükləyə biləcəklər.

Şirkət rəhbərliyi əvvəllər bu yeniliyi vertikal video kliplərə tətbiq etmək niyyətində olublar.

Daha sonra aparılan bir sıra müzakirələrdə uzun video formatının yaradılması barədə razılıq əldə edilib.

Əldə olunmuş razılıq barədə heç bir təfərrüat açıqlanmır.

Qeyd edək ki, hazırda “İnstagram” istifadəçilər sosial şəbəkəyə 60 saniyəyədək video görüntülər, həmçinin 15 saniyəlik kliplər yükləyə bilirlər. Həmçinin şirkətin bundan əvvəlki yeniliyi istifadəçilərin öz paylaşımlarını istənilən istifadəçidən gizlədə bilmək funksiyasını əlavə etməsi olub.

 

 

Orxan