“İnstagram”da yenilik

XALQ.AZ xəbər verir ki, “İnstagram”da bir çox istifadəçinin gözlədiyi funksiya aktivləşdi.

İstifadəçilər izləmək istəmədiyi dostlarını “səssiz” (“Mute”) rejiminə qoya biləcəklər. Bu funksiya aktivləşdikdə həmin şəxsləri dostluqdan çıxarmadan paylaşımlarını izləməyi dayandıracaqsınız. Səssizləşdirdiyiniz hesab isə bunu bilməyəcək və istədiyiniz zaman həmin şəxsi yenidən “Mute” rejimindən çıxara bilərsiniz.

Qeyd edək ki, bu funksiya “Facebook” və “Twitter” sosial şəbəkələrində də var.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.