İnstaqram çökdü

İnstaqram sosial şəbəkəsində beynəlxalq miqyaslı problem yaranıb.

 

XALQ.AZ xəbər verir ki, problemlə üzləşən əsas ölkələr Avropa, ABŞ və Braziliyadır.

Azərbaycanlı instaqram istifadəçiləri də problemlə üzləşiblər. İstifadəçilər bir neçə saat ərzində instaqrama daxil olarkən ağ səhifə ilə rastlaşıblar.

Məlumata görə, ümumilikdə instaqram istifadəçilərinin 46 faizi məlumatların yüklənməsində, 27 faizi proqramın açılmasında problem yaşayır. 26 faiz isə öz hesabına daxil ola bilmir.

 

 

Orxan