İnsultdan sonra musiqi sağaldır

Musiqi

Britaniyalı alimlər insult keçirmiş insanların bərpa terapiyasına dair mini-eksperiment keçiriblər. 

XALQ.AZ xəbər verir ki, London Universitetinin alimləri öz pasiyentlərinə ksilofonda çalmağı öryətməyi qərara alıblar.

Getdikcə xəstələrin vəziyyəti düzəlməyə başlayıb. Bu arada alimlər getdikcə alətin taxtaları arasındakı məsafəni böyütməyə başlayıblar ki, xəstələrin insult nəticəsində zədələnmiş bədən üzvləri də prosesə qoşula bilsin.

Bela reabilitasiya praktikası uğurlu olub, pasiyentlərin göstəriciləri xeyli yaxşılaşıb.

Bu səbəbdən belə metodun digər xəstələrə tətbiq edilməsi qərara alınıb. Yalnız bildirilir ki, ancaq beynin bir hissəsi zədə aldığı təqdirdə belə müalicə effektli olur.

Yaxın vaxtlarda alimlər daha çox xəstəyə müsiqi alətində çalmağı öyrətməyə çalışacaqlar. Belə vərdişlər – müsiqi alətində çalmaq bacarığı – adi həyata da müsbət təsir göstərir.