“İnternet sahəsində qanunvericilik olmalıdır”

 

3

Bəzi ölkələrdə internet sahəsində qanunvericilik mövcuddur. Həmin ölkələrdə internet sahəsində pornoqrafiya, totalitar oyunlara, terrorizmə qarşı qadağalar qoyulub. Azərbaycanda da internet sahəsində qanunvericilik olmalıdır”. Bu barədə açıqlama ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir: “Azərbaycanda 1 milyon 300 min nəfər “Facebook” sosial şəbəkəsindən istifadə edir. Artıq ölkəmizdə 50-yə yaxın internet radio və televiziyası fəaliyyət göstərir. Otuz mindən çox blogger mövcuddur. Hazırda 40-a yaxın dövlət qurumu öz işlərini online internet vasitəsi ilə həyata keçirir”.