İntihar etmək istəyən qız xilas edildi

gol

Dünən saat 16.30-da Abşeron rayonunun Masazır gölündə bir qız intihar etmək istəyib.

Xalq.az-ın məlumatına görə, o, gölə yaxınlaşaraq çox fikirləşmədən özünü atıb. Bu zaman əraziyə yaxın yerdə xidmət aparan Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Fərhad Tağıyev dərhal gənc qıza kömək edib. Özünü gölə ataraq onu xilas edib. Gənc xanım xəstəxanaya çatdırılıb, hazırda müalicə alir.

Məlum olub ki, intihar etmək istəyən qız 1983-cü il təvəllüdlü Aynurə Cəfərovadır. Onun intihar etmək istəyinin səbəbləri hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.