iPHONE -8 – Foto

IPHONE 7

 

“Forbes” jurnalının redaktoru Qordon Kelli “iPhone 8” smartfonunun yeni şəkillərini dərc edib.

XALQ.A ICTnews-a istinadən xəbər verir ki, Kelli bunun bütün mövcud prototiplər arasında ən sonuncusu olduğunu bildirib:

“Mən bu prototipin “iPhone 8” smartfonunun yekun dizaynı olduğunu təsdiq edə bilərəm. Adi metal parçasından ibarət olan bir çox maketlərdən fərqli olaraq, bu prototip çox müfəssəldir və fabrikdə yüksək keyfiyyətli materiallardan hazırlanıb”.

Smartfonun arxa qapağı simsiz enerjidoldurmanı dəstəkləmək üçün şüşədən hazırlanıb. Həmçinin “iPhone 8” qurğusu 5,8 düymlük çərçivəsiz displeyə malikdir. O, həmçinin təsdiq edib ki, ekranın yuxarı hissəsində dinamik və datçiklərin altında kəsik var. “iPhone 8” smartfonunun ölçüləri “iPhone 7”dən bir qədər böyükdür.

“iPhone 8” belə olacaq

Kelli qeyd edir ki, “Apple” şirkəti doğrudan “Touch ID” barmaq izləri skanerinə malik “Home” düyməsindən imtina etməyi və onu “Face ID” sifət skaneri ilə əvəz etməyi planlaşdırır.

“iPhone 8” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında təqdim ediləcək.

Scroll to top