İPHONE TƏHLÜKƏLİDİR

“Apple” şirkəti bütün “iMac” və “iPhone” modellərinin prosessorları üçün kritik boşluğun mövcud olmasını etiraf edib.

XALQ.AZ ICTnews-a istinadən xəbər verir ki, həmin modellərdə “Meltdown və “Spectre” adlı 2 təhlükə aşkar edilib.

Bu, demək olar  ki, bütün qurğu və əməliyyat sistemlərinə təhlükə yaradır.

Qeyd edilir ki, hazırda son istifadəçiyə təsir göstərə biləcək zərərverici kodlar haqda məlumat yoxdur.

Şirkətdən bildirilib ki, hakerlər sözügedən boşluqdan istifadə etmək üçün zərərli mobil proqramı qurğuya quraşdırmalıdırlar. Qurğuya belə müdaxilənin qarşısını almaq üçün yalnız “App Store” kimi təhlükəsiz mənbələrə etibar etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.