“İqtisadçı” voleybolçuları bürünc medal qazandı

Idman

“İqtisadçı” voleybol komandası Azərbaycan Super Liqası yarışlarının bürünc medalını qazanıb.

Aprelin 18-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının final mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Xalq.az-ın məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində bürünc medal uğrunda oyunda “İqtisadçı” və “Azərreyl” komandaları qarşılaşıblar.

Hər üç setdə inamlı oyun nümayiş etdirən “İqtisadçı” komandası rəqibini məğlub edib – 25:22, 25:22, 25:23.

Komandalar arasında keçirilmiş iki oyunda da qələbə qazanan “İqtisadçı” Azərbaycan Super Liqası yarışlarının 2013-2014-cü il mövsümünün bürünc medalını qazanıb.