Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
XALQ.AZ xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.