İran “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi açdı

20

 

İran hakimiyyəti 4 ildən sonra ilk dəfə “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi açıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sosial şəbəkələrə giriş 2009-cu il prezident seçkiləri dönəmində bağlanıb.

Bundan öncə İran prezidenti Həsən Ruhani ölkədə internetlə bağlı senzuranı yüngülləşdirəcəyini bəyan etmişdi. İranda 17 milyon “Facebook” istifadəçisi var.