“İran İngiltərənin təsiri altındadır”

XALQ,AZ xəbər verir ki, İran məhkəmə sistemi İngiltərənin təsiri altındadır.  Bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Dolatebahar” adlı sayta açıqlamasında deyib. Əhmədinejad yaxım adamı Rəhim Meşainin həbs edilməsindən əvvəl Londonu tənqid etdiyini deyib.

“İngiltərənin İranın daxili işlərinə qarışmasına etiraz edən bir insan niyə məhkəmə sisteminin qəzəbinə tuş gəlib gizli şəkildə mühakimə olunur? Əgər çəkindikləri nəsə yoxdursa, Britaniya Xarici İşlər naziri Boris Consonun 2017-ci ilin dekabrında Tehrana səfəri zamanı keçirilən görüşlərin mətnlərini yaysınlar və istintaqı da ictimaiyyətə açıq şəkildə aparsınlar”, – keçmiş prezident bildirib.

Elgün