İrana gəmi reysi bərpa olunur

 

45

 

İran İslam Respublikası Azərbaycanla əlaqələrini genişləndirmək üçün Bakı-Ənzəli gəmi reysinin təkrar işə salınmasında maraqlıdır.
Bu barədə Ənzəli azad ticarət-sənaye zonasının rəhbəri Rza Mansur məlumat verib. O bildirib ki, bu reysin bərpası İran və Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinə səbəb olacaq.
Rza Mansur, həmçinin azərbaycanlı iş adamlarını Ənzəli azad ticarəti-sənaye zonasına sərmayə qoymağa çağırıb. O qeyd edib ki, bu zonaya sərmayə yatıran sahibkarlara güzəştli vergi sistemi tətbiq olunacaq. İstehsal müəssisəsinin qurulması üçün gətirilən xammal və texnikaya görə heç bir vergi alınmayacaq və sərmayə sahibləri istədikləri vaxt pul vəsaitlərini zonadan çıxara biləcəklər.
R.Mənsur diqqətə çatdırıb ki, Ənzəlinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycanın iqtisadi potensialını öyrənmək məqsədilə noyabr ayında Bakıya səfəri planlaşdırılır.