İranda 16 terrorçu edam edilib

04
 İranın Sistan və Bəlucistan vilayətinin paytaxtı Zahedan şəhərinin həbsxanasında saxlanılan 16 terrorçu edam edilib.

 

APA-nın “İSNA” agentliyinə istinadən verdiyi məlumata görə, Zahedan şəhərinin prokuroru Məhəmməd Mərziye bildirib ki, edamlar Pakistanla sərhədində baş verən silahlı insidentə cavab olaraq icra olunub.

 

Qeyd edək ki, dünən gecə İran-Pakistan sərhədində silahlı insident baş verib. Pakistandan İrana daxil olmaq istəyən silahlı qrupla atışma nəticəsində 17 İran sərhədçisi həlak olub. Bundan başqa, İran sərhəd polisinin 5 əməkdaşı yaralanıb, 4 nəfər əsir götürülüb. Güman olunur ki, sərhədçilərə hücum İran və Pakistan ərazisində fəaliyyət göstərən bəlucilərin “Cundullah” qruplaşması tərəfindən edilib.