İranda sosial şəbəkələr hədəfə alındı

 

 

18

Viber”, “Tango”, “WhatsApp”… rejimin qəzəbinə gəldi

İranın Baş Prokurorluğu ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinə göstəriş verib ki, “Viber”, “Tango”, “WhatsApp” və bu kimi digər sosial şəbəkələrə girişin qarşısını alsın. Bu barədə İranın “Press-TV” media orqanı xəbər yayıb.
Nazir Qulam Hüseynə ünvanlanan məktubda deyilir ki, bu kimi sosial şəbəkələrdə islamı dəyərlərə zidd və təhqir edici materiallar yayılır. Baş Prokurorluğun məktubunda deyilir ki, bu kimi sosial şəbəkələrdə ortaya çıxan bir sıra materiallar İran İslam Respublikasına düşmən olan qüvvələrin təsiri ilə yerləşdirilir və islam düşmənlərinin məkrli məqsədlərinə xidmət edir. Buna görə də “sizi təcili tədbir görməyə və belə şəbəkələrə girişin durdurulmasına çağırıram”.
İran Baş Prokurorluğunun məktubunda deyilir ki, əgər İnformasiya və Kommunikasiya Nazirliyi bu məsələ ilə bağlı bir ay ərzində tədbirlər görməsə, Prokurorluq öz səlahiyyətlərindən istifadə edərək bu məsələyə müdaxilə etməli olacaq. (musavat.com)